Amerika hakimiyyəti Əfqanıstanın 40 milyonluq əhalisinə 64 milyon dollar yardım ayırmaq planlarını açıqlayıb.
Hafta.az “İslamnews” nəşrinə istinadla xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinkenə görə, bu məbləğ Əfqanıstan vətəndaşlarının “sağlamlıq və qida ehtiyaclarını" ödəmək və "qadın və uşaqların müdafiəsini" gücləndirmək məqsədi daşıyır.
Nəşr qeyd edir ki, bir muddət öncə media ABŞ və müttəfiqlərini və tərəfdaşlarını humanitar əsaslarla Əfqanıstanı soymaqda günahlandırmışdı.
“Avqustun ortalarında Co Bayden rəhbərliyi bu İslam ölkəsinin ABŞ-dakı bütün aktivlərinin dondurulması haqda qərar verib. Söhbət Əfqanıstan Mərkəzi Bankına məxsus 22 ton qızıl və 9,5 milyard dollardan gedir. Bu rezervlərin böyük hissəsi Nyu-Yorkda Federal Rezerv Bankında saxlanılır.Müşahidəçilər Vaşinqtonun Əfqanıstanı guya bütün dünyanı təhdid edən "iflasa uğramış bir dövlət" elan edəndən sonra sözügedən vəsaitləri mənimsəyə biləcəyini düşünürlər” – deyə xəbərdə bildirilir.