Sosial şəbəkə və süni intellekt xidmətlərində kütləvi nasazlıq

09:46 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan "Meta"nın platformalarında, həmçinin populyar süni intellekt xidmətlərində kütləvi nasazlıq müşahidə olunur. İstifadəçilər "Facebook", "Instagram" və "WhatsApp" sosial şəbəkələri ilə yanaşı, "Grok", "Claude" və "OpenAI" platformalarına girişdə ciddi çətinliklərlə üzləşiblər. Daha əvvəl "Claude" xidmətində genişmiqyaslı problemlər qeydə alınmışdı.

Hafta.az xəbər verir ki, hazırda müxtəlif platformalarda istifadəçilər cavabların gecikməsi, sistemə girişin mümkünsüz olması və digər texniki problemlərdən şikayətlənirlər.

Hələlik sözügedən şirkətlər nasazlıqların səbəbləri ilə bağlı rəsmi açıqlama verməyiblər. Hazırda mütəxəssislərin problemlərin aradan qaldırılması istiqamətində intensiv iş apardığı ehtimal edilir.