Yazını böyüt
Yazını kiçilt
Ağsu rayonunun Padar kəndində ikimərtəbəli ev yanıb.
Hafta.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.
Yanğın nəticəsində ev içərisindəki avadanlıqlarla birlikdə tamamilə yanıb. FHN-in Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə gəlib, yanğının ətraf ərazilərə yayılmasının qarşısını alıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.