Almatıda iğtişaşlar zamanı 160 nəfər ölüb

20:04 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almatıda kütləvi iğtişaşlar zamanı 149 mülki şəxs və hüquq-mühafizə orqanlarının 11 əməkdaşı ölüb.

Hafta.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə şəhər polis departamentinin rəisi Kanat Taymerdenov bildirib.

Kanat Taymerdenov iğtişaşlar zamanı şəhərdəki morqlara 7 hücum olduğunu, 41 meyitin oğurlandığını da açıqlayıb: “Onlar ölüləri morqda qoymayıb, yaralıları da özləri ilə götürüblər. Morqlardan 41 meyit oğurlanıb”.

Qeyd edək ki, dünən Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ümumilikdə 225 nəfərin öldüyünü açıqlayıb.

Oxunma sayı 28