Avtomobildə odlu silah gəzdirən şəxslər saxlanılıb

12:19 14.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Saatlı rayon sakini Rüfət Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıb. Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı R.Əliyevə və sərnişini Emil Musayevə məxsus müvafiq sənədləri olmayan iki ədəd “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Həmin silahların hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Oxunma sayı 24