Axtarışda olan 94 nəfər tutuldu

10:58 22.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 21-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 70-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 21-inin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 

  

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.