Azərbaycan Prezidenti Moskvaya işgüzar səfərə gedib

13:16 11.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib.

Hafta.az-ın məlumatına görə, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.