30 yaşlı kişini at belində ildırım vurdu

18:53 06.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

Hafta.az xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir./apa/