Azərbaycanda 2 ruhi xəstə xəstəxanadan qaçdı

12:39 03.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 2-də saat 2 radələrində Şəki Rayonlararası Psixiatriya xəstəxanasından Şəki şəhər sakinləri M.Orucov və E.Salehovun qaçmaları barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumatda bildirilib.

 

Görülmüş operativ tədbirlər nəticəsində həmin şəxslər Şəki Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-yə təhvil verilmişlər.