Bakı-Ələt yolunda ağır qəza - 8 nəfər xəsarət aldı 

11:20 05.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib. Hər iki qəzada ümumilikdə 8 nəfər xəsarət alıb.

 

Kliniki Tibbi Mərkəzdən hafta.az-a verilən məlumata görə, baş verən ilk qəza nəticəsində Mərkəzə 5 yaralı gətirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

 

Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində Mərkəzə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşı olub. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.