Yazını böyüt
Yazını kiçilt
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hafta.az-ın məlumatına görə, hadisə yanvarın 18-də paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Bakı şəhər sakini Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək Elşən Eyvazovun idarə etdiyi VAZ-2109 markalı avtomobili ilə toqquşub.
Hadisə nəticəsində sürücü E.Eyvazov, sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.