Bakıda kafe yanıb

21:25 09.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 200 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin xarici divarında quraşdırılan bacanın içərisində yağ qalıqları və havalandırma qurğusunun mühərriki yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.