BƏƏ Adıyamanda zəlzələdən zərər çəkənlərə yardım göndərdi

09:27 05.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ankaradakı səfirliyi tərəfindən verilən dəftərxana ləvazimatları və məktəb çantaları K14 Konteyner şəhərində məktəblilərin ailələrinə çatdırılıb.

Hafta.az-ın yazdığına görə, BƏƏ-nin Ankaradakı səfiri Səid Tani Hareb əl-Dhaheri Türkiyənin yanında olduqlarını bildirib.

Zəlzələ bölgəsinə kömək etdiklərini bildirən əl-Dhaheri sözlərini belə davam etdirib: "Adıyamandakı varlığımız Birləşmiş Ərəb Əmirliklərinin Türkiyənin yanındakı duruşunun davamıdır. Zəlzələ qurbanlarına kömək etməyə gəldik. Şüarımız "Sizi unutmayacağıq". Bu gün 1000-dən çox şagirdə və onların ailələrinə kömək etməyə gəldik, çox xoşbəxtik. Türkiyənin və zəlzələ qurbanlarının yanında olmağa davam edirik".

Adıyaman Bələdiyyəsinin başçısı Süleyman Kılınç BƏƏ rəhbərliyinə göstərdikləri köməyə görə təşəkkür edib.