Yazını böyüt
Yazını kiçilt
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iyunun 29-u saat 11:00-da Bakı şəhərində ictimai dinləmə keçiriləcək.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək dinləmə “Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumatlandırma” mövzusuna həsr olunacaq.
İctimai dinləmədə iştirak etmək istəyənlər Agentliyin (012) 525-41-30 (daxili 5512) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud Sosial ehtiyacların qiymətləndirilməsi üzrə mərkəzi filiala yaxınlaşa bilərlər.