Bərdədə narkotik vasitə satan şəxs saxlanılıb

12:14 09.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun 866 saylı qəsəbə sakini, əvvəllər məhkum edilmiş Elçin Əliyev polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. E.Əliyevin yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədilə qablaşdırdığı marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.