Biz Ağdamda Arif Babayevlə çəpər-çəpərə qonşu olmuşuq - Aygün Bayramova

15:02 20.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün şanlı Azərbaycan Ordusunun ayaq səsləri Ağdam rayonunda da, eşidilir. 27 illik həsrətdən sonra, 20 noyabr 2020- ci ildə yenidən şəhərin səmasında günəş doğur, üç rəngli bayrağımız dalğalanır, torpağına igid vətən övladları ayaq basır.

Azad edilən ərazilərimizə bütün xalq sevinir, amma, bir qrup insan var ki, bu gün onlar üçün daha mötəbərdir. Elə həmsöhbətimiz də belə şəxslərdən biridir.

Əslən Ağdamdan olan, Xanəndə və Opera müğənnisi, Xalq Artisti Aygün Bayramova doğma yurdunun işğaldan azad edilməsinin sevincini hafta.az-la bölüşdü.  Xanəndə deyir ki,  bu gün ondan xoşbəxti yoxdur. O, torpaqlarımızın qaytarılmasında əməyi keçən hər kəsə öz dərin minnətdarlığını da, bildirdi:

“Sevincliyik, uzun illərdən sonra əsarətdə qalmış torpağımıza qovuşduq. Biz Ağdamda Arif Babayevlə çəpər-çəpərə qonşu olmuşuq, Sarıhacılı kəndindənik. Ağdam şəhərində kəndimizə piyada 15 dəqiqəlik yoldur. Kənddən keçən yoldan, Laçına, Şuşaya, Xankəndinə getmək olur. Çox sevinirəm ki, torpağımıza qovuşmuşuq, ərazilərimiz vəhşilərdən azad edildi. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, Allah onlara rəhmət etsin, ruhları şad olsun. Biz şəhid və qazilərimizə ömür boyu borcluyuq. Haqqları ödənməz. Cəbhədə, əzimkarlıqla düşmənə qarşı döyüşən əsgərlərimizə can sağlığı arzu edirəm. Biz bu torpağın üzərində onların sayəsində rahat yaşayırıq. Rütbəsindən asılı olmayaraq, hər bir döyüşçümüz qəhrəmandır. Allah ordumuzu, Ali Baş Komandanımızı var etsin. Bu xoş günləri qəhrəmanlarımızın  sayəsində yaşaya bilirik. Doğurdanda, bizim güclü ordumuz, dövlətimiz, xalqımız var. Azərbaycan xalqı 2-ci Qarabağ müharibəsində, öz gücünü möhtəşəmliyini nəinki ermənilərə hətta, bütün dünyaya göstərmiş oldu. 44 günlük müharibə dövründə biz, xarici Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin prezidentimizə, “Qarabağ sizin üçün bu qədər əzizdir” tipliqərəzli suallar verdiyini gördük. Ali Baş Komandanımız həmin jurnalistlərə elə gözəl və lazımi cavablar verirdi ki, əlavə sözə ehtiyac qalmırdı”.

Xalq artisti  söyləyir ki, bu illər ərzində Ağdam bir an belə olsun ağından çıxmayıb, hətta, tez-tez yuxularında ora səyahət edib:

“Mənim uşaqlığım, məktəb illərim, pioner evinə getdiyim günlərim, Ağdamdakı evimiz hər zaman yaddaşımda, xoş xatirlərimdə qalıb. Əvvəllər də, Ağdamı röyalıarımda görürdüm, amma, müharibə başlayan gündən rayonumuz, evimiz, dayım gilin evi, və Ağdamın müxtəlif yerləri hər gecə yuxularıma girirdi. Deyirdim ki, artıq qovuşacağımız günə az qalıb, yuxularım şad xəbərlərin müjdəçisidir. Bir Ağdamlı kimi, Qarabağlı kimi, sevincimin həddi-hüdudu yoxdur. Əvvəllər rayonumuza gedirdik, cəmi bir neçə kənd bizdə idi, Quzanlıda şəhər salınmışdı, amma, bura yarımçıq Ağdam idi... Oradan işğal edilmiş ərazilərimizə baxanda, ürəyim parçalanır, içim qan ağlayırdı. Necə ola bilər ki, biz öz torpağımıza gedə bilmirik? Hər dəfə mən oradan tədbirlərdən gələndə günlərlə özümə gələ bilirdim. Şükürlər olsun ki, bundan sonra o yollara həsrətlə baxmayacağıq. Bu torpaqlar qanla alındı. Tək Ağdam rayonu 1-ci Qarabağ müharibəsində 6000-dən çox şəhid verdi. Təbii ki, ölkəmizi bölgələrə bölmək istəmirəm, biz hər birimiz, həm Ağdamlı həmdə, Azərbaycanlıyıq. İndi, Azərbaycan öz azadlığı və bütövlüyü uğrunda şəhid verdi. Mən şəhid dəfnində iştirak edəndə, analarına hansı təsəllini verəcəyimi, necə təşəkkür edəcəyimi bilmirəm”.

Xanəndə bizə, rayonun münbit torpaqlarından və ora qayıdacağı günü necə səbirsziklə gözlədiyindən də, bəhs etdi. O bildirir ki, tarixi Azərbaycan torpaqarı belə, övladlarınan sonra mənfur düşmənin gəlişini qəbul etmədi:

“Ağdamın torpağı olduqca bərəkətli və münbit idi. Nə əksəydin torpaq onu yetişdirirdi. Burada öz-özünə güllər, çiçəklər bitirdi, indi isə sadəcə sarı torpaqdır. Çünki torpaq belə erməniləri, onların törətdikləri vəhşilikləri qəbul etmədi. Biz yenidən öz tarixi ərazilərimizi əvvəlki kimi qurub yaradacağıq. Yenə də cənnət Qarabağ olacaq. Mən buna tam əminəm. Demirəm ki, tezliklə Ağdama köçüb yaşaya biləcəyik. Səbirsizliklə ərazilərin minalardan təmizlənməsini, azad edilmiş torpaqlarımızın bir qisminə belə olsa, sarılacağımız öpəcəyimiz o günü gözləyirəm. İnanın ki, gecənin bir yarısı desələr ki, Qarabağa gedək nə saata baxaram nə dəqiqəyə, torpağıma doğru qaçaram... əminəm ki əzəli və əbədi ərazilərimiz də bizi gözləyir. Ermənilər bilirdilər ki, gec-tez Azərbaycan övladları doğma el-obasına qayıdacaq. Buna görə də, gözəllikləri talan etdilər, yandırdılar, dağıdıb tökdülər. Onlar döyüş meydanında, qüdrətli Azərbaycanın Ordusunun qarşısında dayana bilmədilər. Ustadım Arif Babayevin çox gözəl bir sözü var, “hələ araşdırırlar, amma, bunların hansı millət olduğunu tapa bilməyiblər””.

İfaçı bildirir ki, ay yarım davam edən müharibə bizim necə böyük millət olduumuzu hər kəsə sübut etdi. Tarixi olmayan bir millətin isə etdiyi bütün əmməllər onun zəifliyinin nümunəsidir. Müharibə haqq-ədaləti bərqərar etdi:

“Biz xeyirxahlığımızdan, humanistliyimizdən irəli gələrək, bir qədər unutqan millətik. Xalqımız erməninin başımiza açdığı oyunları heç zaman unutmamalıdır. Müharibə cəbhə bölgəsində getsə də, düşmən Gəncəyə, Bərdəyə ballistik raket atır. Bu o deməkdir ki, sən döyüş meydanında gücünü göstərə bilmirsən. Elə qondarma dağlıq qarabağın prezindenti  Araik Artunyan özü də, boyununa aldı ki, 1500 erməni əsgəri, Azərbaycanın 15 Xüsusi Təyinatlı əsgərinin qarşısından qaçdı. Çüni, o əsgərlərin də, əksəriyyəti bilir ki, uğrunda savaşdığı torpaq özünün deyil. Biz müharibədə belə, necə böyük xalq, dövlət olduğumuzu göstərdik, döyüşü döyüş meydanında apardıq, dinc əhaliyə zərər vermədik. Ermənistana dəstək çıxan, yardım göndərən ökələrin başçılarını gətirib, onların törətdikləri çirkin əməlləri göstərmək lazımdır. Kəlbəcərdən köçərkən unitazı götürüb övladını evdə unudan bir millətin keçmişi və gələcəyi elə bu hərəkətindən məlumdur. Ermənilər Azərbaycana qarşı bütün vəhşilikləri törədib, dinc əhaliyə qarşı soyqırım edib, meşələrimizi qırıb, evlərimizi yandırıb. Xocalı faciəsi hərşeydən xəbər verir. Şükürlər olsun ki, vaxtında Xocalı soyqırımını törədən, bu işdə barmağı olan ermənilər müharibədə torpaqlarımızı azad etdiyimizi gördülər. Onların əksəriyyətini Azərbaycan əsgəri məhv etdi. Bunu yaşamaq, bu günləri görmək çox möhtəşəmdir”.

Sonda isə qeyd etmək istəyərdik ki, şəhər 23 iyul 1993-cü ildə erməni təcavüzkarları tərəfindən işğal edilmişdi. Ermənistan silahlI qüvvələrinə qarşı döyüşlərə 6 minə yaxın həmvətənimiz şəhid olmuşdu. Ağdam rayonunun 16 Milli Qəhrəmanı var. Düşmənin işğalı nəticəsində rayonun 1150 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometri zəbt edilib, 122 kənd, 24446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq tamamilə məhv edilib. 200 mindən artıq rayon əhalisinin böyük əksəriyyəti doğma yurd-yuvasından didərgin düşüb. Biz inanırıq ki, tezliklə, Ağdamın bütün “yaraları” sarılacaq, şəhər yenidən Azərbaycanın dilbər guşələrindən birinə çevriləcək. Rayonunun işğaldan Azad edilməsi münasibəti ilə, Ağdamlıları və bütün Azərbaycan xalqını təbrik edirik!

Banu Hüseynli

Oxunma sayı 1528