Biz ancaq öz dövlət maraqlarımızdan çıxış edirik - Millət vəkili

16:24 04.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan indiyə kimi qonşularından heç birinə qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb və bundan sonra da inanmram ki, qoşulsun.

Bu fikirləri hafta.az-a millət vəkili Sahib Alıyev deyib.

"Biz bu qəbildən olan məsələlərdə ancaq və ancaq öz dövlət maraqlarımızdan çıxış edirik. Azərbaycanın dövlət marağı isə bütün qonşularıyla qarşılıqlı faydaya dayanan, dayanıqlı, proqnozlaşdırlan əlaqələr qurulmasını tələb edir".