Sea Breeze ilk Offroad Turnirinə ev sahibliyi edəcək

15:17 22.06.2026 Müəllif:Ayəndə Dadaşova
Yazını böyüt
Yazını kiçilt

28 iyun saat 15:00-da Sea Breeze, Marina Village kompleksinin arxasında yerləşən yeni Sea Breeze Offroad Arenasında ilk offroad idman turniri keçiriləcək.

Hafta.az xəbər verir ki, xüsusi hazırlanmış maneələr zolağında 4x4 nəqliyyat vasitələrində bir sıra çətin yarışlarda iştirakçılar tamaşaçılar və yolsuzluq idmanı həvəskarları üçün möhtəşəm bir tədbir olacaq.

2026-cı il Sea Breeze Offroad Turniri beynəlxalq təcrübəyə malik peşəkar komanda tərəfindən idarə olunacaq.

Gələcəkdə Sea Breeze Offroad Arena ildə müntəzəm olaraq, 6-8 dəfə keçirilməsi planlaşdırılan turnirlərin daimi məkanına çevriləcək.
Yeni məkan Sea Breeze-in idman infrastrukturunu tamamlayır və kurort şəhərinin qonaqlarına və sakinlərinə aktiv istirahətin başqa bir formasını təklif edir.

Qeyd edək ki, tədbirə giriş pulsuzdur.

Referans Klinika tərəfindən, 31-ci Dalan. Daha ətraflı məlumat üçün +994 55 237 00 44 nömrəsinə zəng edin.