BMT-nin əməkdaşı qar uçqunu altında qalaraq öldü

23:30 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Kayseri vilayətinin Erciyes Xizək Mərkəzində sürüşmə zolağından çıxan üç kanadalı turist qar uçqun altında qalıb. Onların Birləşmiş Millətlər Təşkilatının əməkdaşları olduğu bildirilir.

Hafta.az xəbər verir ki, Erciyes rayonunun 2700 metr hündürlük bölgəsindən dərəyə sürüşməyə cəhd edən turistlərin özləri tərəfindən yaradılan uçqun altında qaldığı müəyyən edilib. Turistlərdən ikisi axtarış-xilasetmə qrupları tərəfindən xilas edilib. Bir nəfərin isə cəsədi tapılıb. Həyatını itirən turist, 45 yaşlı Maykl Kreeftin Türkiyənin Qaziantep vilayətində yerləşən Birləşmiş Millətlər Təşkilatının Koordinasiya Mərkəzinin üzvü olduğu bildirilir.

 

Oxunma sayı 33