“Böyük şaman” Moskvada xəstələri qəbul edir

10:15 05.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya şamanlarının təmsilçisi “Böyük Şaman” Kara-ool Dopçun-ool Moskvaya gələrək xəstələrini qəbul edəcək.

Hafta.az-ın RİA-ya istinadən yazdığına görə, Tuvadan gələcək və oktyabrın 8-dək Moskvada qalacaq Kara-ool Dopçun-oolun gündə 50 xəstə qəbul edəcəyi gözlənilir. Şaman hər xəstə üçün 15 dəqiqə vaxt ayıracaq.

“Böyük Şaman” Kara-ool Dopçun-ool hakimiyyətdən şamanizm üzvlərinə xristianlar və müsəlmanlarla bərabər status verilməsini tələb edib. Şamanizmin digər dinlərdən daha qədim olduğunu deyən Kara-ool Dopçun-ool onların rəsmi inanc kimi tanınmağa layiq olduqlarını bildirib.

2021-ci ildə Tuvanın paytaxtı Qızılda keçirilən Şamanlar Konqresinin məlumatlarına görə, Rusiyada təxminən 4 min şaman fəaliyyət göstərir. Qanuni məhdudiyyət olmadığı üçün şamanlarımın sayı ildən-ilə artır.