“Novıe İzvestiya” portalı bu il Rusiyada yığılmağa başlayan yeni vergi və cərimələri sadalayıb.
Hafta.az-ın adıçəkilən qəzetə istinadən yazdığına görə, Ukraynaya qarşı müharibənin başlamasından sonra federal büdcədəki itkilərin yerini doldurmaq üçün mümkün qədər çox mənbələrdən vergilər yığılır.
2023-cü ildə yığılmağa başlanılan yeni vergi və cərimələrdən bəziləri aşağıdakılardır:
- Martın 1-dən etibarən, bağ evlərinin torpağında avtomobilləri təmir edən və ya yuyanlar 3 ilə 5 min rubl arasında cərimə ödəyirlər.
- Martın 18-dən etibarən orduya könüllü gedənlərin reputasiyasına xələl gətirənlər 15 ilə qədər həbs və 5 milyon rubl məbləğində cərimələnirlər.
- Mayın 5-dən etibarən ali məktəbəqədər təhsil müəssisələrində təhsil alan tələbələrə siqaret verənlər 2 minlə 5 min rubl arasında cərimə ödəyirlər.
- İyunun 13-dən etibarən pişiyi və ya itini küçəyə atanlar 30 min rubl cərimələnirlər.
- Sentyabrın 1-dən nasaz avtomobil idarə edənlər və ya təkərləri normaya uyğun olmayanlar cərimələnirlər.
- Oktyabrın 1-dən etibarən çağırışdan yayınan kişilər 10 minlə 30 min rubl arasında cərimə ödəyirlər.
- Oktyabrın 12-dən bəzi göbələklərin toplanması qadağan edilib. Nəsli kəsilməkdə olan göbələkləri toplayanlar 1-3 milyon rubl cərimə olunurlar...