“Cəhənnəm istisi” ilə bağlı alimlərdən xəbərdarlıq

19:54 16.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dyuk Universitetinin (ABŞ) alimləri bildiriblər ki, gələcəkdə qlobal istiləşmə səbəbindən uzun müddət küçədə işləmək qeyri-mümkün olacaq.

Hafta.az “Nature communications” jurnalına istinadla bildirir ki, planetdə temperatur 2 dərəcədən yuxarı qalxarsa, əmək məhsuldarlığının azalması nəticəsində iqtisadi ziyan ildə 1,6 trilyon dollara çatacaq.

Bununla belə, Asiya, Yaxın Şərq, Afrika və Qərbi Sakit Okeandakı insanlar daha çox zərər görəcək.
Xüsusilə Hindistan, Çin, Pakistan və İndoneziyada əhalinin əksəriyyəti açıq havada işləyir. Onsuz da onların bir çoxu gün ərzində kənd təsərrüfatı və tikinti işləri zamanı güclü isti hiss edir.