Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb

21:18 21.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri E.Nəbiyev və S.Abbasovdan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin silahlar aidiyyəti üzrə təhvil verilib.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən, həmçinin, rayon sakini Y.Qəribovun mülki silahın daşınması qaydalarını pozduğu müəyyən edilib.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

Oxunma sayı 86