Çində zəlzələ olub

23:08 19.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin Tsinhay vilayətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 

Yeraltı təkanların episentri Turfan şəhərindən 534 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.