Çində zəlzələdə 15 nəfər xəsarət alıb - YENİLƏNİB

13:56 02.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə baş verən zəlzələ zamanı azı 15 nəfər xəsarət alıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Litszyan şəhərində qeydə alınıb.

*** 12:32

Çinin Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Litszyan şəhərində qeydə alınıb. Zəlzələnin episentri Ninlan qraflığında, ocağı isə 10 km dərinlikdə yerləşib.