Kanada məcburi şəkildə internat məktəbinə göndərilən yerlilərə 31 milyard dollar təzminat ödəyəcək.
Hafta.az bildirir ki, ölkədəki təhsil sistemi 1874-cü ildən 1996-cı ilə qədər yerli uşaqların ailələrindən zorla alınaraq internat məktəblərinə göndərilməsinə imkan verirdi, burada məqsəd onların ana dillərini unutması, xristianlığı qəbul etməyə məcbur edən assimilyasiya cəhdi idi.
Nəhayət, sentyabr ayında Kanadanın ali məhkəməsi 2016-cı ildə hökumətin yerli kanadalılar üçün xidmətləri yerli olmayan uşaqlara münkasibətdə daha az maliyyələşdirdiyinə dair qərarı təsdiqlədi.
Məhkəmə, 2006-cı ildən sonra sosial xidmətlər sisteminə daxil olan hər bir uşağa 40.000 Kanada dolları (təxminən 31.350 ABŞ dolları) ödəməyi məcburi edib.
Əvvəlcə qərardan apellyasiya şikayəti verəcəyini bildirən hökumət keçmiş internat məktəblərinin yerləşdiyi yerlərdə 1100-dən çox adı açıqlanmayan məzar aşkar edildikdən sonra geri çəkilib.
Hələ 1996-cı ildə Kanadanın təhsil sisteminə görə, yerli uşaqlar öz ailələrindən ayrılaraq, düzgün qidalanmadıqları, döyülmələri və cinsi istismara məruz qaldıqları internat məktəblərinə göndərilirdilər.
Hökumət bu vəsaiti yerli uşaqlar üçün yardım sistemində uzunmüddətli islahatların maliyyələşdirilməsinə, həmçinin 2016-cı il məhkəmə qərarı və digər iki iddianın ödənilməsinə yönəltməyi düşünür.
Kanada Milli Yerli Assambleyasının sədri RoseAnne Archibald, "Pul ədalət demək olmasa da, bu, irəliyə doğru fvvjğdfğfy yolunda olduğumuza işarədir" deyib.
"Təklif olunan kompensasiya paketinin böyüklüyü nə qədər uşaqlarımızın ailələrindən və icmalarından kəsildiyini sübut edir" deyə Archibald əlavə edib.
1874-1996-cı illər arasında 150.000 yerli, metis və inuit uşaqları internat məktəblərində qalıb.
Bu siyasət öz ana dillərini tərk etməyə, ingilis və ya fransızca danışmağa və xristianlığı qəbul etməyə məcbur edilən yerli uşaqların nəsillərini sarsıdıb.
Xristian kilsələri məktəblərin yaradılmasında və idarə olunmasında çox mühüm rol oynayırdılar. Xüsusən də internat məktəblərinin 70 faizinin idarə edilməsinə katolik kilsəsi cavabdeh idi.
Bu ilin əvvəlində Vatikan bildirmişdi ki, Papa Fransisk barışıq səylərinə kömək etmək üçün Kanadaya getməyə razılaşıb.
Bununla belə, rəsmi tarix açıqlanmayıb və kanadalıların dəfələrlə xahişlərinə baxmayaraq, Papa kilsənin hadisələrdəki roluna görə rəsmi üzr istəməyib.