Əlbəyaxa davada 2 nəfər bıçaqlandı

10:03 04.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü İlham Tağıyev sol tərəfinin kəsilmiş-deşilmiş yarası və 1996-cı il təvəllüdlü Araz Tağıyev çiyin nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hər iki xəstənin yaraları tikilib, vəziyyətləri kafidir. İlkin məlumata görə bıçaqlan şəxslər yaşadıqları evin yanında dava zamanı bıçaqlanıblar. Faktla bağlı araşdırma aparılır.