Ərinin qətlində şübhəli bilinən qadın tutuldu

21:21 30.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.

 

Bu barədə Suraxanı rayon Prokurorluğundan hafta.az-ın sorğusuna cavab olaraq bildirilib.


Rəsmi məlumata görə, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. 


G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.