Son illərdə Ermənistanın və ABŞ-dakı erməni lobbisinin dünyadakı əsas simalarından sayılan "+18" videogörüntüləri ilə "məşhurlaşmış" Kim Kardaşyan özünü hüquq sahəsində sınamağa qərar verib.
Hafta.az erməni mətbuatına istinadla bildirir ki, Kardaşyan erməni lobbisinin ABŞ-dakı əsas qalası sayılan Kaliforniya Vəkillər Kollegiyasının vəkil kimi işləməsinə icazə verən imtahandan keçib. Bu barədə aktrisa İnstaqram səhifəsində mavi atlaz rəngli dar paltarda poza verdiyi şəkillərlə paylaşım edərək məlumat verib.
"Güzgüyə baxanda əksi ilə fəxr etdiyim bir qadın görürəm. Qanuna gedən yolda nələrdən keçdiyimdən xəbəri olmayanlar bilsinlər ki, bu, mənim üçün asan və çətin olmayıb", - pornoaktrisa bildirib. Artıq sosial şəbəkələrdə Kardaşyanın imtahandan keçməsinin hansı "üsullarla" baş verdiyinə dair istehzalı rəylər də bildirilir.