Yazını böyüt
Yazını kiçilt
Yanvarın 6-da günorta saatlarında etirazçılar Almatıda televiziya qülləsini ələ keçiriblər.
Hafta.az İsrail mediasına istinadla xəbər verir ki, bu haqda saytlar məlumat yayıb.
Görünür, söhbət Almatının Kok-tobe məhəlləsindəki televiziya və radio yayım qülləsindən gedir. Məlumat dəqiqləşdirilir.
Bu arada şəhərin mərkəzində, Respublika meydanında baş verən atışmanın güclənməsi ilə bağlı məlumatlar gəlməkdə davam edir. Hərbi yük maşınları koloniyası Almatı şəhərinin mərkəzinə, Respublika meydanına doğru gedir.