FHN Bakıda 97 yaşlı kişiyə köməklik göstərib

11:20 01.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 97 yaşlı kişi köməksiz vəziyyətdə qalıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1929-cu il təvəllüdlü kişinin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 5-ci mərtəbədəki mənzildən aşağı düşürülüb, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.