Hacıqabulda qadın avtobusun altına düşərək ölüb

20:03 20.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın apa-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda quraşdırılan dəmir səddin üzərindən keçmək istəyən qadın Bakı-Mingəçevir marşrutu üzrə işləyən iri tutumlu avtobusun altına düşərək hadisə yerində ölüb. Onun şəxsiyyəti aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 39