Həyat yoldaşını 15 yerdən bıçaqlayan QATİL ƏR HƏBS OLUNDU

18:57 09.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

O, həyat yoldaşı Funda Koyuncunu (35) 15 yerdən bıçaqla qətlə yetirib. Daha sonra mənzilin dəhlizinə çıxaraq “arvadımı öldürdüm” deyə qışqıran Rəcəb Koyuncu (39) polis qrupları tərəfindən nəzarətə alınaraq, çıxarıldığı məhkəmə tərəfindən həbs edilib.

Hafta.az xəbər verir ki, dəhşətli qətl hadisəsi ötən gün günorta saatlarında Ankaranın Keçiören rayonu Şenlik Məhəlləsindəki mənzildə baş verib. 3 gün əvvəl işlədiyi mühafizə şirkətindən çıxan Rəcəb Koyuncu mənzildə qonşuların həyat yoldaşı haqqında danışdığını eşidib.

Bunun üzərinə evə girərək həyat yoldaşı ilə mübahisə etməyə başlayan Rəcəb Koyuncu mətbəxdən aldığı bıçaqla həyat yoldaşı Funda Koyuncunu 15 yerindən bıçaqlayaraq öldürüb. Mənzilin dəhlizinə çıxaraq "arvadımı öldürdüm" deyə qışqıran Koyuncu, hadisə yerinə gələn polis qrupları tərəfindən nəzarətə alındı.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Koyuncu gətirildiyi məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.