Yazını böyüt
Yazını kiçilt
Hazırda fiziki terapiya və reabilitasiya kursu keçən İbrahim Tatlısəsin növbəti qonağı AK Partiya rəsmisi Hüseyn Yayman olub. Sədr müavini sənətçinin palatasına baş çəkərək onun səhhəti ilə maraqlanıb.
Hafta.az türk mətbuatına istinadən bildirir ki, ziyarət zamanı dahi ifaçı səhhəti barədə danışarkən "Superəm" deyərək hər şeyin qaydasında olduğunu vurğulayıb. Müalicə prosesinin səmərəli keçdiyini deyən Tatlısəs onunla yaxından maraqlanan bütün tibb işçilərinə öz təşəkkürünü çatdırıb./yenisabah/