İndoneziya Rusiyadan çoxməqsədli Su-35 qırıcılarının alınmasından imtina etmək məcburiyyətində qalıb. Bunu İndoneziya Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, Hərbi Hava Qüvvələrinin baş marşalı Facar Prasetio deyib. Hafta.az Kompas xəbər portalına istinadən xəbər verir ki, o, imtinanın səbəbini "büdcə ilə bağlı mülahizələrlə" izah edib.
Bunun müqabilində İndoneziya Fransanın Rafale qırıcılarını və Amerikanın Boeing F-15 EX təyyarələrini almağı düşünür, marşal əlavə edib. Onun sözlərinə görə, əvvəldən məlum idi ki, təyyarə məsələsinə baxılarkən hər şey büdcədən asılıdır.
Xatırladaq ki, İndoneziya Hərbi Hava Qüvvələrinin 35 Rafale və 15 F-15 EX təyyarəsinin alınması ilə bağlı ehtimal planları haqqında məlumat ilk dəfə keçən il ortaya çıxıb. Rusiya nümayəndələri bəzi dövlətlərin təzyiqlərinə baxmayaraq, İndoneziyaya 4++ nəsil Su-35 çoxməqsədli qırıcılar verməyə hazır olduqlarını bildiriblər.