İnterpol Ruhəngiz Orucovanı axtarışa verdi

16:47 17.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın hüquq-mühafizə orqanları insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib.

Bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Bildirilib ki, 35 yaşlı Ruhəngiz Orucova insan alverində təqsirləndirilir.

Onun saxlanılması üçün "qırmızı bülleten"lə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən R. Orucova təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.