İraqda ABŞ əsgərlərinə raket zərbəsi endirildi 

23:51 05.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İraqın Ənbar vilayətində ABŞ əsgərlərinin yerləşdiyi Eyn əl-Əsəd bazasına raket zərbəsi endirilib.

 

Hafta.az xəbər verir ki, bu barədə İraq Milli Xəbər Agentliyi məlumat yayıb.

 

Bazaya 5 raket düşüb.Hava hücumundan müdafiə sistemi işə salınaraq raketlər zərərsizləşdirilib.

 

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.