Kasıblar üçün peyvənd - ÜST TƏSDİQLƏDİ

20:08 17.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təcili istifadə üçün Covovax koronavirus peyvəndini təsdiqləyib. Bu peyvənd Amerikanın Novavax şirkətinin lisenziyası əsasında Hindistan Serum İnstitutu tərəfindən istehsal olunur.

Hafta.az-ın məlumatına görə, ÜST-nin bəyanatında deyilir ki, peyvənd aşağı gəlirli ölkələrdə daha çox insanı peyvənd etmək üçün davam edən səyləri idarə edən COVAX portfelinin bir hissəsidir.

Cümə günü səhər saatlarında ÜST müxtəlif texnologiyalar əsasında yaradılmış dərmanlarla koronavirusa qarşı peyvəndin effektivliyinin qiymətləndirilməsinin nəticələrini açıqlayıb. Təşkilatın ekspertlərinin fikrincə, peyvənd və ya revaksinasiyanın effektivliyi 61-91% arasında dəyişir. Eyni zamanda, peyvənd yalnız mRNA texnologiyası olan dərmanlarla orta hesabla 69-90%, adenovirusun viral vektor platforması olan vaksinlərlə isə 43-89% ola bilər.

İlk iki peyvənd zamanı tətbiq edilən dərmandan fərqlənən vaksinin gücləndirici dozasının tətbiqi də xəstəliyin simptomatik gedişatına qarşı yüksək effektivlik göstərmişdir.