Külək 10 kiloluq daşı qadının başına çırpdı

10:27 20.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Mersin şəhərində təsadüfi təbii olay insan ölümünə səbəb olub.

Hafta.az-ın yazdığına görə,ş şəhərin Akdəniz məhəlləsindəki Atatürk küçəsində, reklam plakatının bağlandığı təxminən 10 kiloluq daş güclü küləyin təsiri altında ikimərtəbəli binanın damından sovrularaq həmin an oradan keçən orta yaşlı qadının başına düşüb. Məlumata görə, həmin bəxtsiz qadın 58 yaşlı Nurhəyat Altınkaya olub.

Hadisənin şahidləri təcili zərərçəkmişə köməyə qaçıblar, təcili yardım gəlincə ona ilkin müdaxilə ediblər. Kəllə-beyin zədəsi almış ağır yaralı şəhər dövlət xəstəxanasına aparılıb. Amma həkimlərin bütün səylərinə baxmayaraq, yaralı qadın ölüb. 

Prokurorluq işçiləri istintaqa başlayıblar. Bir ucu sözügedən daşa, digər ucu isə elektrik dirəyinə bağlanmış reklam plakatı açılaraq sübut kimi götürülüb. Hazırda plakatı kimlər bağlayıb, nə vaxt bağlayıb, araşdırılır.