Lerikdə yanğın olub, xəsarət alan var

22:44 09.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerikdə yanğın baş verib.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Rayonun Almu kəndində ümumi sahəsi 84 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.