İstanbula su verən bəndlər – su anbarları 5 günlük leysanda 17,7 milyon kubmetr su qəbul edərək, doluluq nisbətini 23,49 faizə yüksəldib.
Hafta.az-ın yazdığına görə, İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına görə, 28 sentyabrda yüzdə 22,41-ə düşən bəndlərdə doluluq nisbəti son yağışlardan sonra yenidən yüksəlməyə başlayıb.
Son yağışlar zamanı 17,7 milyon kubmetr su alan bəndlərin doluluq nisbəti bu günə kimi 23,49 faizə yüksəlib.
Leysandan ən çox müsbət təsirlənən bənd Əlibəy olub. 5 gün əvvəl yüzdə 16,06 doluluq olan Əlibəy bəndinə yağışlar zamanı 3 milyon kubmetr su gəlib. Anbarın doluluq nisbəti 8,82 faiz artaraq 24,88 faizə çatıb.
Son yağışlarla doluluq nisbətləri Büyükçəkməcə anbarında 3,65 faizdən 4,4 faizə, Əlmalı anbarında 13,85 faizdən 18,71 faizə, Pabuçdərə anbarında 2,53 faizdən 2,63 faizə, Sazlıdərədə 7,87 faizdən 9,53 faizə və Terkos anbarında 10,24 faizdən 12,61 faizə yüksəlib.