Mağazadan 55 min manat oğurlanıb

11:01 26.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mağazanın kassasından külli miqdarda pul oğurlanıb.

DİN-dən hafta.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə yanvarın 23-də Azadlıq prospektində yerləşən mağazalardan birinin kassasından 55.000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin mağazada kassir işləyən Neftçala rayon sakini M.Əhmədova saxlanılmışdır.
Araşdırma aparılır.

Oxunma sayı 30