Mərakeş zəlzələ bölgəsində iki yeni xəstəxana tikir

10:30 03.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş Silahlı Qüvvələri, bu ayın əvvəlində ölkədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş bölgələrə dəstək olmaq üçün daha iki səhra xəstəxanası qurmağa başladığını açıqlayıb.

Hafta.az-ın WAP-a istinadən yazdığına görə, Silahlı Qüvvələr Mərakeş kralı VI Məhəmmədin göstərişi ilə Çiçaua və Tarudant bölgələrində iki səhra xəstəxanası qurmağa başlayıb. Mərakeşin rəsmi xəbər agentliyi olan MAP da xəbəri təsdiqləyin.

Açıqlamada xəstəxanaların sayının dördə çatdırılacağı və bunun qış mövsümünün yaxınlaşması ilə zərər çəkmiş bölgələrə dəstək və yardımların gücləndirilməsinə töhfə verəcəyi bildirilib. Mərakeş hökuməti sentyabrın 8-də baş vermiş 6,9 bal gücündə Mərakeş Safi zəlzələsindən zərər çəkmiş ərazilərin bərpası üçün səyləri gücləndirir. Zəlzələ Yüksək Atlas bölgəsində bir çox kəndi dağıdıb və təxminən 3 min insanın həyatına son qoyub.