Mərakeşdə növbəti əfv sərəncamı 637 məhkuma şamil olunacaq 

15:55 13.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş kralı VI Məhəmməd ölkəsinin Müstəqillik Bəyannaməsinin elan etməsinin 67-ci ildönümü münasibətilə böyük əfv sərəncamı imzalayıb. 

Hafta.az-ın yazdığına görə, bu barədə Mərakeş Krallığının Ədliyyə Nazirliyi yazılı açıqlama yayıb. Açıqlamaya əsasən, sözügedən əfv qərarından ümumilikdə 637 məhkum yararlanacaq. Bunların arasında həm şərti məhkumluq yaşayanlar, həm də həbsdə yatanlar daxil, ölkənin fərqli məhkəmələrinin hökmü ilə məhkum edilmişlər olacaq. 
Ümumilikdə, Kralın əfv sərəncamından yararlanacaq məhkumlşarın siyahısı aşağıdakı kimidir: həbs cəzası almış 22 nəfər cəzalarının qalan hissəsindən azad ediləcək, 473 məhkumun həbs müddəti qısaldılacaq, ömürlük həbs cəzası almış 5 məhkum öz arzularına uyğun həbsxanaya köçürüləcək.

Bundan əlavə, 5 nəfərin həbs cəzası pul cəriməsi ilə əvəzlənəcək, pul cəriməsi edilmiş 77 nəfər isə bu cəzadan azad edilib, daha 3 nəfər isə həbsə girmək və pul cəriməsi ödəməkdən azad olunub.