Mingəçevirdə evdən kişi meyiti tapıldı

12:20 13.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hafta.az FHN-nin saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Məmmədov Abir Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.