İsrail kəşfiyyat zabiti “İŞİD” terror qruplaşmasının sıralarına qoşulub və Liviyanın Benqazi şəhərinə gəlib. Orada müvəffəqiyyətlə yerli cəmiyyətə qoşulub və “mənəvi müəllim” olub.
Hafta.az xəbər verir ki, bu haqda “Əl-Cədid” ərəb telekanalı və İspaniyanın “Pays” qəzeti məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik əməkdaşı qısa müddətdə məscidin imamı olmağı və 200 nəfərdən ibarət avtonom bir terror qrupu qurmağı bacarıb. Onun qruplaşmasının məqsədi "Misirin azad edilməsi üçün cihad" şüarı altında dövlət sərhədinə bir basqın təşkil etməklə Misirdə sabitliyi pozmaq olub.
Liviya hüquq -mühafizə orqanları məscidin Əbu Həfs adlı imamını saxlayıb. Araşdırma zamanı saxlanılan şəxsin əsl adı Benyamin Efrayim olan İsrail vətəndaşı olduğu müəyyən edilib. Onun İsrail xarici kəşfiyyatı - “Mossad” üzvü olduğu, ərəb və müsəlman ölkələrində casusluq fəaliyyəti ilə məşğul olan idarədə çalışdığı məlum olub.