Nazarbayev istefa verdi

17:41 05.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib.

Hafta.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində məlumat verib.

Tokayev bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra etdiyini bildirib.

Qeyd edək ki, 30 ilə yaxın müddətdə Qazaxıstana rəhbərlik edən Nazarbayev 2019-cu il martın 20-də prezident postundan getsə də, Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini qoruyub saxlamışdı. O, həmçinin “Nur Otan” partiyasının lideridir.