Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva Qazaxıstanda baş verən iğtişaşları “faciəvi hadisələr” adlandırıb. A. Nazarbayeva ilk dəfə “İnstaqram” səhifəsində ölkədəki olaylara münasibət bildirib.
Hafta.az xəbər verir ki, bu haqda lenta.ru məlumat yayıb.
Nazarbayeva müraciətində həmçinin bütün həlak olanların ailələrinə başsağlığı verib.
“Hamımız üçün bu amansız dərs tariximizdə sonuncu olsun. İnsanların dinc vaxtda həlak olması yanlışdır”, - deyə o vurğulayıb.
Bundan əlavə, keçmiş prezidentin qızı atasına verdikləri dəstəyə görə Qazaxıstan vətəndaşlarına təşəkkür edib. Onun sözlərinə görə, Nazarbayev “müxtəlif regionların sakinlərindən çoxlu mesajlar alır”.
Aliyə Nazarbayeva Qazaxıstana sülh və firavanlıq, Qazaxıstan xalqına isə firavanlıq və cansağlığı arzulayıb.