Nəsimi rayonunda itkin düşən 21 yaşlı qız axtarılır

16:35 15.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova 2021-ci il dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, onun əlamətləri belədir: Boyu 175 santimetr, orta bədən quruluşlu, sarışın, uzun sarı saçlı, gözləri mavi rənglidir.

Şəkildəki şəxsi görənlərdən və onun barəsində məlumatı olanlardan DİN-in 102 - Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin (012) 440-02-02 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.