Nobel cəmiyyətində "agent" var: laureatların adı 4 saat öncə sızdırıldı

11:30 05.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Alimlər Moungi Bavendi, Luis Brus və Aleksey Ekimov kvant nöqtələrinin kəşfi və sintezinə görə kimya üzrə 2023-cü il Nobel mükafatını qazanıblar.

Hafta.az-ın NTV-yə istinadən yazdığına görə, İsveç media qurumları TV4, SVT və TT, alimlər Moungi Qabriel Bavendi, Luis E.Brus və Aleksey İ.Ekimovun kimya üzrə Nobel mükafatını qazandıqlarını rəsmi açıqlamadan təxminən 4 saat əvvəl e-poçt vasitəsilə bir mətbuat şərhi yayımlayıblar. 

İsveç Kral Elmlər Akademiyasının baş katibi Hans Ellegren "Associated Press"ə açıqlamasında deyib: "Nə baş verdiyini bilmirik. Bu, çox acınacaqlı vəziyyətdir və biz bundan çox kədərlənirik. Nə baş verdiyini dəqiq deyə bilmərəm, çünki biz heç nə bilmirik”.

Akademiyanın üzvü Göran Hansson yerli mətbuata verdiyi açıqlamada, "Hər kəsin mükafat sahibləri haqqında eyni anda öyrənməsi mühüm bir prinsipdir. Ancaq rəqəmsal dövrdə sızmalar qəzet dövründəkindən fərqli şəkildə baş verə bilər" deyib.

Akademiyadan məsələ ilə bağlı araşdırmaların davam etdirildiyini bildiriblər.

Moungi Qabriel Bavendi, Luis E.Bruc və Aleksey İ.Ekimov kvant nöqtələrinin kəşfi və sintezi üzrə işlərinə görə kimya üzrə Nobel mükafatı aldılar.
Diqqətə çatdırılıb ki, biokimya və tibbdə LED lampalarının hazırlanmasında, kompüter və televiziya ekranlarının QLED texnologiyası ilə işıqlandırılmasında, bioloji toxumaların xəritələşdirilməsində kvant nöqtələrindən istifadə olunub.